Bu ərazidə yalnız avtobusların hərəkətinə icazə veriləcək - VİDEO

Paytaxta yalnız avtobusların keçidinə imkan verilən yol təşkil edilir. Beləki, bir müddət öncə sürüşmə səbəbi ilə bağlanan Bibiheybət-Salyan yolunun üzü Lökbatan dairəsi istiqamətində yalnız avtobuslar hərəkət edəcək. Bunun üçün ərazidə iş aparılır.
Bibiheybət Salyan yolunda baş verən çökmənin fəsadları aradan qaldırıldıqdan sonra yol üzü şəhər istiqamətində istifadəyə verilsə də, Lökbatan istiqamətinə hərəkət bağlı idi. Bu isə xüsusi ilə sakinlərin ictimai nəqliyyatdan istifadəsində problem yaradırdı. Görülən tədbirlərlə artıq ərazidə yalnız avtobusların hərəkətinə icazə veriləcək.
Belə ki, ərazidə xüsusi nişanlar çəkilir və minik avtomobillərinin üzü Lökbatan dairəsi istiqamətinə hərəkəti qadağan ediləcək. Yolda buna uyğun xətləmə və nişanlama işi aparılır və kəsişmə ərazisində sürət həddi saatda 30 km-ədək endiriləcək.
İşlərin bu gün və sabah davam etdiriləcəyi və yolun bundan sonra avtobuslar üçün açılacağı gözlənilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












