"Bütün suallar və sorğular 24 saat fasiləsiz olaraq cavablandırılıb"

Media nümayəndələri məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Belə ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti, onlara ünvanan çeşidli suallar diqqət çəkir. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Report”un sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 2019-cu ildə jurnalistlər tərəfindən daxil olan bütün suallar və sorğular 24 saat fasiləsiz olaraq cavablandırılıb.
Onun sözlərinə görə, müəyyən suallar olub ki, araşdırma tələb etdiyi üçün müvafiq idarə, şöbə və bölmələrlə dəqiqləşdirilmə aparılmaqla ictimayyətin diqqətinə çatdırılıb:
"Daxil olan sualların əksər hissəsi jurnalistlərin sosial şəbəkələrdən əldə etdiyi informasiyalar olub ki, onların da hər biri diqqətlə öyrənilərək araşdırılıb. Heç bir sual, heç bir sorğu il ərzində cavabsız qoyulmayıb. Üzərimizə qoyulan tapşırıqların icra olunmasında əsas prinsip vətəndaş məmnunluğunun, eləcə də polis-jurnalist münasibətlərinin möhkəmləndirilməsi olub.
Texnoloji inkişafın yüksək olması, sosial şəbəkələrdə informasiya yayımının sürətli olmasını nəzərə alaraq, polisin fəaliyyət sahəsində dair məlumatlar diqqətlə izlənilib, zərurət yarandıqda dərhal aydınlıq gətirilib".
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










