Cənub zonasında nəqliyyatın hərəkətində çətinliklər yaranıb - Güclü duman səbəbindən

Respublikanın cənub zonasında müşahidə edilən güclü dumanla əlaqədar Bakı-Astara magistralının cənub hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, magistalın Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan rayonlarında qatı dumanla əlaqədar avtomobillərin hərəkətində maneələr yaranıb. Bu səbəbdən bəzi sürücülər nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq dumanın çəkilməsini gözləyiblər. Xüsusən magistral yolun Biləsuvar rayonundan keçən ərazisində nəqliyyatın hərəkəti məhdudlaşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları duman səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Yol patrul xidmətinin əməkdaşları hərəkətdə olan bir sıra nəqliyyat vasitələrini müşayiət ediblər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












