Ekspedisiya rəisi: “Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur"

“2020-ci il yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır. Hazırda sürüşmə prosesi davam edir. Təhlükə olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib, qərar qəbul edəcəklər”.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir:
“Proses tam dayandıqdan sonra nəsə demək olar. Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir".
Xatırladaq ki, Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












