Forma 83-ün etibarlılıq müddəti azaldılıb? - VİDEO

Bəzi sosial şəbəkə istifadəçiləri sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın etibarlılıq müddətinin 3 ildən bir aya salındığını yazır. Nəticədə imtahandan kəsilən şəxs 1 ay sonra yenidən sürücülük vəsiqəsi əldə etmək üçün imtahan vermək istəyəndə ona təkrar sağlamlıq arayışı lazım olur. Bir dəfə bu arayışı əldə etməyin qiyməti isə 41 manatdır.
Məsələ ilə bağlı TƏBİB-in əməkdaşı Aygün Xəlilova deyib ki, həmin arayışlara etibarlılıq müddəti 3 il deyil, 1 ay şərti olaraq qeyd edilir. Onun sözlərinə görə, müayinəsi aparılan vətəndaşda 1 ay sonra hər hansı bir ciddi problem yarana bilər. Buna görə də onun təkrar yoxlanması zəruridir.
Vətəndaşlar forma 83-ü elektron olaraq da əldə edə bilərlər. Hər iki halda tibb müəssisəsinə ilkin müraciət, laborator analizlərin verilməsi, həkim qəbullarından keçmək zəruridir.
Sürücülüyə yararlı olmaq barədə tibbi arayış Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Forma 83-də vətəndaşın mövcud vəziyyəti dəyərləndirilir və praktiki sağlam olması ilə bağlı qeydlər aparılır.
Daha ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










