Prezidentin 3 gün ərzində 2 dəfə təltif etdiyi şəxs kimdir? - FOTO

Prezident İlham Əliyev Asəf Hacıyevi “Şöhrət” ordeni ilə təltif edib. 3 gün öncə isə Asəf Hacıyev elm sahəsi üzrə Dövlət mükafatına layiq görülmüşdü.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olub.
1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət universitetində namizədlik (riyaziyyat üzrə fəlsəfə doktoru), 1993-cü ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə edib. Fizika-riyaziyyat elmləri doktoru, professordur.
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.
İngilis, rus və türk dillərində sərbəst danışır. Ümumdünya Elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli Elmlər Akademiyasının üzvüdür.
1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür.
1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda çalışır, 1996-cı ildən şöbə müdiridir. Dünyanın tanınmış elmi mərkəzlərinin dəvəti ilə (ABŞ – Berkli, C. Vaşinqton, Cənubi Kaliforniya, Linkoln universitetləri), İsveç (Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri), Almaniya (Münhen, Humbolt universitetləri), Portuqaliya (Lisbon, Nova universitetləri), Çin (Çenqdu, Honq-Konq Siti universitetləri) Türkiyə (Boğaziçi, Ortadoğu, Koç universitetləri) orada mühazirələr və elmi araşdırmalar aparmışdır. 2001–2015-ci illərdə Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur, 2019-cu ildən BDU-nun Himayəçilər Şurasının üzvüdür.
1996–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezident vəzifəsinə seçilmişdir. 2015 və 2020-ci illərdə iki dəfə ardıcıl QDİƏT PA baş katibi seçilmişdir.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən YAP Siyasi Şurasının üzvüdür.
Evlidir, 3 övladı var.
Prezidentin maşınında selfi çəkdi - FOTO
Binəqədi şosesində təhlükə saçan çuxurlar: Sürücülər ziyanla üz-üzədir - VİDEO
Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”











