"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO

Sosial şəbəkələrdə "evdən çıxmadan pul qazan", "asan gəlir" tipli elanlar son vaxtlar geniş vüsət alıb. Avtosfer.az-ın Baku TV-yə istinadən məlumatına görə, ilk baxışda adi onlayn iş kimi görünən bu platformaların bəzilərinin gənc və yeniyetmə qızları əxlaqsızlığa sövq etdiyi iddia olunur. Belə ki, "Sugo" adlı proqramda qeydiyyatdan keçdikdən dərhal sonra istifadəçiyə çoxsaylı mesajlar gəlməyə başlayır. İlk başda bunun avtomatik bot sistem olduğu düşünülsə də, sonradan qarşı tərəfin real insan olduğu anlaşılır. Bir müddət sonra proqram söhbəti davam etdirmək üçün istifadəçidən müəyyən məbləğ tələb edir.
Mövzu ilə bağlı danışan valideynlərdən biri qızının belə platformalardan birinə qoşulduğunu sonradan öyrəndiyini deyib:
"Qızıma "TikTok" üzərindən iş təklifi gəlib. Heç nədən xəbəri olmayan 13 yaşlı uşağı "Sugo" adlı proqrama qoşublar. Bir qrup yaradıblar, içində isə 26 azyaşlı qız olub. Onlara gecə saatlarından sonra kişilərlə yazışmaq tapşırılırdı. Uşaqlardan nömrə, şəkil istəyirlər, hətta əxlaqsız təkliflər də olunur".
Mütəxəssislər bildirirlər ki, şəxsi məlumatların paylaşılması, bank kartı və ya sosial şəbəkə hesablarının əlaqələndirilməsi ciddi təhlükələr yarada bilər. Onların sözlərinə görə, iri sosial şəbəkələr müəyyən audit və nəzarət mexanizmlərinə malik olsalar da, mənşəyi bilinməyən tətbiqlərin hansı ölkəyə və ya şirkətə aid olduğu əksər hallarda məlum olmur. Bu isə sonradan hüquqi məsuliyyət məsələsini çətinləşdirir. Qeyd edək ki, hazırda bu mövzu ətrafında polis əməkdaşları tərəfindən araşdırma aparılır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












