“Gəmiqayırma sahəsində birgə layihələr icra edə bilərik” - FOTO

Azərbaycanla Rusiyanın Sankt-Peterburq şəhəri arasında gəmiqayırma sahəsində birgə layihələrin icrası müzakirə edilib.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir" mövzusunda biznes forumundan sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Sankt-Peterburq gəmiqayırma sahəsində Rusiyanın ən böyük regionudur: "Azərbaycanda da son dövrlərdə gəmiqayırma sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə də həm təcrübə mübadiləsi, həm də konkret layihələrin birgə icrası müzakirə edilib. Biz düşünürük ki, bu çox yaxşı bir perspektivdir".
Ümumiyyətlə, Y. Abdullayevin fikrincə, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi artsa da, fərqli-fərqli subyektlərə baxdıqda demək olar kiki, perspektivlər daha da genişdir:
"Meyvə-tərəvəz məhsulları üzrə Azərbaycan Sankt-Peterburq bölgəsində birinci və ya ikinci yerlərdə qərarlaşıb. Ancaq mövcud imkanlar bizim bütün mövqelər üzrə birinci yerdə olmağımıza şərait yaradır. Düşünürük ki, Sankt-Peterburqda yeni infrastrukturun inkişafı və istifadəsi bizə yeni imkanlar yaradacaq. Eyni zamanda sənaye sahəsində kooperasiya genişlənməlidir".
Biznes forumda Sank-Peterburqdan 25-ə yaxın şirkət, Azərbaycandan isə 50-yə yaxın şirkət iştirak edib.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO














