“Huawei” gəlirlərini 18% artırıb

Çinin “Huawei Technologies” şirkəti 2019-cu il üzrə gəlirlərini 18% artıraraq 850 mlrd. yuan məbləğində qiymətləndirir.
“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Şirkətin sədri Erik Xu Yeni illə bağlı mesajında bu rəqəmi açıqlayıb və bildirib ki, 2020-ci il çətin il olacaq: “Şirkətin bu ilin I yarısındakı kimi sürətli böyüməsi mümkün deyildi. 2019-cu ildə gəlir artımı 18% qiymətləndirilir, halbuki 2018-ci ildə artım 19,5% idi. Xarici mühit hər zamankından daha mürəkkəb olmağa başlayıb və qlobal iqtisadiyyata təzyiqlər intensivləşib. Uzunmüddətli perspektivdə ABŞ hökuməti aparıcı texnologiyanın inkişafını boğmağa davam edəcək. “Huawei” üçün çağırış mövcud olmaq və inkişaf etməkdir”.
O həmçinin qeyd edib ki, “Huawei” bu il 240 mln. telefon satıb ki, bu da 2018-ci ildən 20% çoxdur.
Qeyd edək ki, mayın 15-də ABŞ prezidenti Donald Tramp ölkənin informasiya və rabitə infrastrukturunu xarici təhdidlərdən qorumaq üçün fövqəladə vəziyyət fərmanı imzalayıb. Fərmandan sonra mayın 17-dən “Huawei” milli təhlükəsizliyə təhlükə yaratdığı üçün qara siyahıya salınıb. ABŞ administrasiyası "Huawei"ni Çinin hərbi qurumları və kəşfiyyatı ilə əməkdaşlıqda və müştərilərin mümkün izlənilməsində ittiham edir. Şirkət isə iddiaların əsassız, siyasi motivli olduğunu və bazar rəqabəti prinsiplərini pozduğunu iddia edir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











