İranda qəzaya uğrayan təyyarə ilə bağlı yeni TƏFƏRRÜATLAR

“İranda qəzaya uğrayan Ukrayna təyyarəsi, hələ havadaykən yanıb”. Avtosfer.az xəbər verir ki, bunları “Ruptly” agentliyinə qəzanın şahidi danışıb. Onun sözlərinə görə, təyyarənin sağ bortu və quyruğu bütövlükdə alova bürünüb: “Mənim fikrimcə pilot bütün mümkün imkanlardan istifadə edib ki təyyarə yaşayış evlərinin üzərinə düşməsin. Hava gəmisi futbol sahəsinin arakəsmələrini qıraraq evlərdən 20-30 metr aralıda yerləşən Lalə parkına düşüb və partlayaraq yanıb. Hadisə nəticəsində parçalanmış cəsədlərin hissələri 500 - 600 metr kənara səpələnib və buna görə də onların kimliyin tanımaq mümkünsüz olub”.
Qeyd edək ki, yanvarın 8-də səhər saatlarında Ukraynanın Beynəlxalq aviaşirkətinə məxsus “Boeing 737-800” tipli təyyarəsi Tehran hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra şəhərin cənubunda qəzaya uğrayıb. Hava gəmisi Tehran - Kiyev reysi ilə uçurmuş.
Bortun göyərtəsində Ukrayna, İran, Əfqanıstan, Kanada və bir neçə Avropa ölkəsindən olan 180-nə yaxın insan olub və onların hamısı vəfat edib.
Namiq Musayev



Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












