“İrgiz” təchizat-yedək gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “İrgiz” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
Gəminin baş və köməkçi sükan qurğusu, mühərrikləri, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar və boru sistemləri təmir olunub. Eyni zamanda, lazımi elektrik avadanlıqlarının, əsas və qəza işıqlandırma sistemlərinin zəruri yoxlama və təmir işləri həyata keçirilib. Maşın-qazan şöbəsi, köməkçi sükan qurğusu şöbəsində döşəməaltı sahələr təmizlənib-yuyulub, mexanizmlər və içməli su çənləri təmizlənib rənglənib. Yaşayış otaqları, dəhliz, yeməkxana və kapitan körpüsndə də zəruri təmir işləri yerinə yetirilib.
Tərsanə təmiri müddətində gəminin lövbər zəncirlərinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib.
Gəmi dəniz sınağından uğurla keçib. Daha sonra Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib və istismara qaytarılıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











