Masazır qəsəbəsində zədələnən qaz xətti təmir edilir

Dünən axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.
Avtosfer.az-ın xəbərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bununla da 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işlərindən sonra qaz açılışı bərpa olunarkən təkrar qaz sızması aşkarlanıb.
Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Bununla əlaqədar yanvarın 8-də səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub.
Kəmərin yararsız hala düşməsinə səbəbkar olan MTK nümayəndələri də əraziyə dəvət edilib. Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












