Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun sədrliyi ilə keçirilən görüşdə 2024-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, Agentlik tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsi, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktiki biliklərinin artırılması, cəmiyyətdə media savadlılığının formalaşdırılması məqsədilə keçirilən təlimlər barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin istifadəyə verilməsi nəzərdə tutulan onlayn təlim platformasının müvafiq bölməsinin təqdimatı olub.
İclasda dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün keçirilməsi nəzərdə tutulan müsabiqənin qaydaları Müşahidə Şurası üzvlərinin yekdil qərarı ilə təsdiq edilib.
Bundan əlavə, media subyektlərinin fəaliyyətinin peşəkarlıq baxımından təhlili ilə bağlı təqdimat dinlənilib, mövzu ətrafında müzakirələr həyata keçirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














