Məşhurlar metro sərnişinlərini bayram münasibəti ilə təbrik edib

“Bakı Metropoliteni” QSC yeni il ərəfəsində daha bir fərqli sosialyönümlü layihəni sərnişinlərinə təqdim edir. Belə ki, il ərzində 230 milyondan artıq sərnişin daşıyan, ən təhlükəsiz, ən rahat, ekoloji baxımdan ən təmiz nəqliyyat növü olan Bakı metropoliteninin rəhbərliyi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini “SS Production” şirkəti ilə birgə hazırladığı video-çarxlarla tamamilə fərqli ruhda təbrik edir.
Sosialyönümlü layihələri ilə hər zaman sərnişinlərini maarifləndirən “Bakı Metropoliteni” QSC-nin yayımladığı sosialyönümlü video-çarxlar respublikamızın məşhur simalarının təqdimatında müxtəlif tematik mövzularda hazırlanıb. Belə ki, tanınmış televiziya aparıcısı, prodüser Nərgiz Cəlilova, tanınmış şoumen, naşir, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, Azərbaycanın Xalq artisti Miri Yusif, məşhur radioaparıcı, səmərəli fəaliyyətinə görə, bu yaxınlarda “Tərəqqi” medalına layiq görülmüş DJ Fateh və metropolitençilərin təqdimatında hazırlanan sosial çarxlar həm televiziya kanallarında, həm sosial şəbəkələrdə, həm də stansiyalardakı reklam monitorlarında nümayiş olunur. Müxtəlif mövzulu videoçarxlarda məşhurlarımız metro ilə bağlı xatirələrini, metronun ən əlçatan, ən asan sərnişindaşıma vasitəsi olduğunu, uşaqlıqlarının saf xatirələrini, səmimiliyi məhz metroda gördüklərini ən səmimi sözlərlə ifadə etmişlər. Ən nəhayət, metropolitençilərin sərnişinlərə bayramlar münasibətilə təbrikləri də bu layihədə yer alıb.
Bəhram Bağırzadə- https://www.youtube.com/watch?v=9Rb9q2X1qp0
DJ Fateh- https://www.youtube.com/watch?v=T8L1JOlEmzU
Miri Yusif- https://www.youtube.com/watch?v=H3BMrNzUQCA
Nərgiz Cəlilova- https://www.youtube.com/watch?v=DF5BX5d4Aig
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












