Mikroavtobus çökən yola düşdü - FOTO

Türkiyənin paytaxtı Ankarada hərəkətdə olan sərnişin dolu mikroavtobus bir anda çökən yola düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Mamak küçəsində baş verib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin mikroavtobusa ciddi ziyan dəyib.
Sürücü Ramazan Ay jurnalistlərə açıqlamasında deyib: “Bir anda yol çökdü elə bildim ki, avtomobil vurdu. Salonda sərnişin var idi, hamısını aşağıya endirdik. Maşında xeyli maddi zərər var”.
Bildirilir ki, yol hadisədən sonra da çökməyə davam edib. Ətrafda təhlükəsizlik tədbirləri görən polis, yolun çökən hissəsi nəqliyyatın hərəkətinə bağlanıb. Mikroavtobus yedəyə qoşularaq düşdüyü yerdən çıxarılaraq ərazidən uzaqlaşdırılıb.
Müvafiq qurumlar tərəfindən önləyici tədbirlərin alınması işlərinə başlanılıb.
Namiq Musayev




İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











