Naqil oğurlamaq istəyən şəxslər saxlanılıb

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ötən gün Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Ağsu Şəbəkə Sahəsinin Hava Elektrik Verilişi Xəttinin Ağsu rayonunun Pirhəsənli kəndindən keçən hissəsində alüminium naqillərinin naməlum şəxslər tərəfindən kəsilərək qırılmağı barədə məlumat daxil olub.
Daxil olmuş məlumatla əlaqədar Ağsu RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirhəsənli kənd sakinləri 47 yaşlı, əvvəllər məhkum olunmuş Səlim Nizamov və 40 yaşlı İmran Pirverdiyevin 1-ci Mingəçevir Hava Xəttinin ümumilikdə 5 dayaqları arasında olan xətləri kəsərək aparmaq istədikləri müəyyən edilib. Həmin vaxt Səlim Nizamov polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirməyə cəhd edib. Buna baxmayaraq polis əməkdaşları həmin şəxsləri şübhəli şəxs qismində Ağsu RPŞ-yə gətiriblər.
Faktla bağlı olaraq araşdırma aparılır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











