Narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,keçirilən tədbir zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmmədhüseyn Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev saxlanılıblar. Onlardan kibrit qutularında və kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş “Baba” ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-nə gətirilib. Dindirilmə zamanı B.Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













