Özünü 60 manata satan trans icra hakimiyyətinin səhifəsində reklam verdi - FOTOLAR

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə karnaval keçirilib. Demokrat.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat verilib. Karnavalda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib.
Daha sonra 2019-cu ildə Şəmkir rayonunun sosila-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri diplomlar verilib.

Maraqlıdır ki, tədbilə bağlı İcra Hakimiyyətinin rəsmi saytında dərc edilən xəbərdə adları işarələnənlər arasında rayonda yüngül həyat tərzi keçirən Elena Hüseynzadənin də adı var. Rəsmi şəxslər arasında adı işarələnən Elena Hüseynzadə sosial şəbəkədəki hesabında açıq şəkildə yüngül həyat tərzi keçirdiyini, görüş üçün 60 manat tələb etdiyini reklam edir. Rəsmi şəxslər arasında bu şəxsin adının yazılması təəccüb doğurduğuna görə İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Xəbərdarlığımızdan dərhal sonra yüngül həyat tərzi keçirən şəxsin adı siyahıdan silindi.

İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirildi ki, həmin şəxs özü – özünü işarələyib. “Biz onu tanımırıq, kim olduğunu və fəaliyyətini bilmirdik. Xəbər tutan kimi adını sildik”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












