Polisə yalan məlumat verən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə olan müraciətlərə verilən operativ reaksiya vətəndaş məmnunluğunu təmin edən başlıca amillərdəndir. Bura olunan müraciətlərin hər biri aidiyyatı polis orqanları tərəfindən araşdırılır, məsələyə hüquqi qiymət verilir. Ancaq təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bunun fərqinə varmır, sistemə zəng edərək yalan, həqiqəti əks etdirməyən məlumatlar verirlər. Elə Bakı şəhər sakini Etiram Hüseynov kimi.
Belə ki, yanvarın 8-də o, “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib. E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.
E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











