Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması ilə bağlı layihə üzrə yeni göstəricilər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, SOCAR və “KazMunayQaz” (KMG) tərəfindən həyata keçirilən tranzit layihəsi uğurla davam etdirilir və daşınan ümumi həcm artıq 4 milyon tona çatıb.
Ekspertin sözlərinə görə, Qazaxıstan neftinin 427-ci partiyası “Prezident Heydər Əliyev” tankeri ilə martın 12-də Aktau limanından yola salınıb və martın 13-də Səngəçal terminalı ərazisinə çatdırılıb.
Qeyd olunub ki, bu günədək tranzit edilən neftin əsas hissəsi “Tengiz” yatağının payına düşür – ümumilikdə 3,8 milyon ton. Qalan 200 min ton isə “Kaşağan” yatağından hasil edilən neftdir. Bildirilib ki, “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktaudan Bakıya çatdırılıb.
Rauf Ağamirzəyev vurğulayıb ki, Aktau limanından Səngəçal terminalına gətirilən neft daha sonra Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql olunur və oradan dünya bazarlarına çıxarılır.
Ekspert əlavə edib ki, layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə qurumu olan “SOCAR Midstream Operations” MMC təmsil edir. Onun sözlərinə görə, bu marşrut regionun enerji və nəqliyyat xəritəsində Azərbaycanın strateji rolunu daha da gücləndirir və alternativ ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












