Qazaxıstanda təyyarə qəzasına dair ilkin rəy açıqlanıb

Qazaxıstanda ötən il dekabrın sonunda “BekAir” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin Almatı şəhərinin hava limanında qəzaya uğramasına dair yaradılmış hökumət komissiyası ilkin rəyini açıqlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, komissiya sədri, baş nazirin müavini Roman Skliar keçirdiyi brifinq zamanı bu barədə açıqlama verərək aparılan təhqiqat zamanı təyyarənin gövdəsinə buzlanmaya qarşı maddə çəkilmədiyinin ortaya çıxdığını bildirib. Belə ki, qəzanın ilk növbədə qanadların buz bağlaması nəticəsində baş verdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Almatı hava limanı yaxınlığında yaşayış evlərin tikintisi üçün qanunsuz olaraq torpaq sahələrinin ayrılması hallarına dair Əks-Korrupsiya Xidməti tərəfindən təhqiqata başlanması da qeyd olunub.
Xatırladaq ki, ötən il dekabrın 27-də Almatı hava limanından paytaxt Nur-Sultana 93 sərnişin və 5 nəfərlik heyətlə uçuşa başlayan “Fokker-100” tipli sərnişin təyyarəsi havaya qalxa bilməyib və beton hasarı yararaq yaşayış tikilisinə çırpılmışdı. Qəza nəticəsində 12 nəfər həlak olmuşdu. Hadisə ilə bağlı ölkədə matəm elan edilmişdi.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












