Qəzadan sonra bu aviaşirkətlər Azərbaycan hava məkanından istifadə edir

Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus “Boeing-737-800” tipli təyyarənin İranda qəzaya düşməsindən sonra bir çox hava yolları şirkətləri uçuş istiqamətlərini dəyişiblər.
Dünyanın məşhur aviaşirkətləri Tehran üzərində uçuşlardan imtina ediblər. Həmin hava yolları daha çox Bakı və Rusiya üzərindən keçən xətlərdən istifadə etməyə başlayıblar.
Bu hava şirkətlərinə Sinqapur Hava Yolları, “Qantas”, Çin Hava Yolları, Malayziya Hava Yolları, “Lufthansa”, Britaniya Hava Yolları, “Eva Air” (Tayvana məxsusdur), “Air India”, “Nordwind Airlines” aiddir.
“Air Canada” isə Yaxın Şərqə olan bütün uçuşlarda təhlükəsizliyi maksimum səviyyəyə gətirəcəyini və lazım olarsa, istiqamətləri dəyişəcəyini bildirib.
Federal Aviasiya İdarəsi də məsələ ilə bağlı açıqlama verib. Beynəlxalq qurum bildirib ki, İran, İraq və Yaxın Şərqdə olan hava xətlərində monitorinqlər aparılacaq: “Biz bütün hava şirkətlərinə məlumatlar verəcəyik. Təhlükəsizliyin təmin olunması üçün bütün araşdırmalar aparılacaq”.
Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing-737” tipli təyyarə yanvarın 8-i səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb. Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb. Qəza nəticəsində İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları həlak olublar.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












