Qoşulub qaçan qudalar: "Bizi axtarmağa ehtiyac yoxdur"

Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.
Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.
Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşülərmiş. Bu hadisədən sonra yanvarın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Yanvarın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıblar.
Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov bildirib ki, qudaların əvvəllər bir-biriləri ilə əlaqələri olub: "Bütün kənd şokdadır, olan nişanlı gənclərə oldu. Onlar gərək belə bir addım atmayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər".
"Report"un Yuxarı Şirvan bürosunun müxbiri kürəkəninin anasını qaçıran R.Əliyevlə əlaqə saxlayıb.
R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın da ailə qurmasını istəmirdik. Çünki, mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











