Quru sərhədlər buna görə bağlıdır - İlk dəfə açıqlandı

“Sərhədlərin bağlanmasıyla bağlı qərar özünün doğruluğunu getdikcə daha çox isbatlayır. Çünki dünyanın olduqca böyük təhlükələrlə qarşı-qarşıya olduğunun fərqindəyik”.
Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov TV Müsavat-ın efirində sərhədlərin açılması ilə bağlı suala cavab verərkən deyib. Deputat qeyd edib ki, hazırda Azərbaycan üçün ən ciddi təhlükələr məhz xaricdən gələ bilər:
“Cənab prezident parlamentdəki andiçmə mərasimində də qeyd etdi ki, bizdə daxildən heç bir təhdid və təhlükə yoxdur. Bizə təhdidlər 2 istiqamətdən, ideoloji və sərhəddən gələ bilər”.
Deputat Rusiyanın paytaxtı Moskvada baş verən terror aktlarını misal göstərərək, sərhədlərin bağlı qalmasının vacib olduğunu qeyd edib:
“Mənə elə gəlir ki, bundan sonra dünyada terror aktlarının sayı artacaq. Çünki dünya bu gün qlobal qarşıdurmaya gedir. Bundan isə ən çox terrorçular istifadə edir. Sərhədlər qapalı olduqda təhlükəsizliyin təmin olunması imkanları daha da genişlənir” – deyə Elman Nəsirov bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












