Sabunçu rayonunda axtarışda olan şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, təqsirlədirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilən Maştağa qəsəbə sakini Cavidan Babayev saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşlarının cari il noyabr ayının 12-də Maştağa qəsəbəsində C.Babayevə məxsus evdə keçirdikləri əməliyyat zamanı onun həyətyanı sahəsində yerləşən istixanadan 316 ədəd ümumi çəkisi 12 kiloqram 710 qram olan narkotik tərkibli əkilib-becərilməsi qadağan olunan çətənə bitkisi aşkar olunmuşdu. Həmçinin C.Babayevin evinə baxış keçirilən zaman 1 ədəd sənədsiz ov tüfəngi, 7 ədəd patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyən edilərək polislər tərəfindən götürülmüşdü. Həmin vaxt ev sahibi C.Babayev polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanılaraq istintaqa təqdim edilib.
Tutulan zaman C.Babayev əlavə olaraq yaşadığı evin müxtəlif yerlərində gizlətdiyi kibrit qutularında qablaşdırdığı ümumi çəkisi 160 qramdan artıq olan qurudulmuş marixuananı da polis əməkdaşlarına təhvil verib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bakıda fəaliyyət göstərən köhnə avtobuslar yenilənəcək - AYNA sədri
Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir - AYNA-dan xəbərdarlıq
Taksilər avtobus zolaqlarından istifadə edə bilər? - AÇIQLAMA
Məqsəd sürücünü cərimə ilə “cəzalandırmaq” yox, onu ...
"Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır" - AYNA sədri
"2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" - Anar Rzayev
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Paytaxtın 24 küçəsində sıxlıq var - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Benzinlə bağlı MÜHÜM XƏBƏR
Restoran və kafelərdə qiymət artımının əsas səbəbləri nədir? – EKSPERT ŞƏRHİ
Bakıdakı dayanacaqlarda hansı problemlər avtobuslara çətinlik yaradır? – MÜTƏXƏSSİS RƏYİ








