Sağlam həyat tərzini seçək

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda növbəti görüş rayonun Alar kənd 1 və 2 saylı tam orta məktəblərinin şagirdləri ilə keçirilib.
Çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev bildirib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyəti düşündürən, cəmiyyətin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Məhz bu səbəbdən xalqımızın ümumilli lideri Heydər Əliyev narkomaniya və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalayıb və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sonrakı illərdə imzalanan fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları da bu istiqamətdə çox mühüm addımlar hesab edilir və Azərbaycan gəncliyinin sağlam gələcəyinin təmini məqsədini daşıyır. Hazırda qarşıda duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla sərt formada mübarizə aparmaqdır. Şöbə rəisi daha sonra erkən nikah mövzusuna toxunub və qeyd edib ki, bu kimi mənfi hallar getdikcə xeyli sayda azalsa da təəssüf ki, hələ də rast gəlinməkdədir. Gələcəyin xoşbəxt və sağlam ailə modelinə zərbə olan erkən nikah hallarına qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdiməlidir.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının narkoloji şöbəsinin həkimi Hilal Quliyev isə çıxışında narkotik vasitələrin insan orqanizminə vurduğu dağıdıcı təsirlərdən, səbəb olduğu acı nəticələrdən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ
Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? – Ekspert AÇIQLADI
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO








