Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

24 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
5 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Hazırda 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 11-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
Eyni zamanda “ASAN xidmət” və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə Şamaxı “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunub.
Tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və ASAN Radionun 4 yaşına həsr olunub.
Konsert proqramında Azərbaycanın Xalq artisti Aygün Kazımova, Aşıq Əli və Aşıq Samirə, Zenfira İbrahimova, Dj Roşka və digərləri səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa ediblər. Sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdirilib.
“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan ASAN Radio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılıb və 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











