Saray qəsəbəsində narkotacirlərə qarşı əməliyyat keçirilib - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə Abşeron rayonu Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs, qəsəbə sakini Şahin Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində narkotik vasitələrin mənbəyi olan Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılaraq istintaqa təqdim edilib. O, saxlanılan zaman üzərindən 30 qram heroin aşkar edilib. X.Məmmədzadənin yaşadığı evdən isə əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Qeyd edək ki, Baş İdarə əməkdaşlarının keçirdikləri bu tədbir zamanı ümumilikdə 404 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddər dövriyyədən çıxarılıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO















