Şaxta baba və Qar qızın metro görüşləri başa çatıb

"Bakı Metropoliteni" QSC-nin iki gün davam edən Şaxta baba və Qar qızlı, bayram ovqatlı layihəsinin ikinci günü də zəngin və maraqlı proqramla davam edib. Yeni ilin rəmzi qəhrəmanları yeni il mahnılarının sədaları altında bəzəkli şam ağacının quraşdırıldığı “İçərişəhər” stansiyasının vestibülündə sərnişinləri qarşılayıblar. Qar qızla uşaqlar səs-səsə verib, Şaxta babanı səsləyiblər. "Yeni iliniz mübarək" təbrik və arzuları ilə Şaxta baba uşaqların qarşısına çıxıb. Dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə şənliyə başlayan Şaxta baba şeir, nəğmə hədiyyəsini alaraq, Qar qızla birlikdə xurcunundan uşaqlara Yeni il sovqatları paylayıb.
Uşaqlar arasında populyar olan, ilin ən dəbli personajlarına çevrilmiş və ilk dəfə Bakı metropolitenində balaca sərnişinlərin görüşünə gəlmiş nəhəng oyuncaqlar da yeni il şənliyində onlara sürpriz edib.
Şaxta baba və Qar qız stansiyaya enərək "İçərişəhər" stansiyasının hərəkətin olmadığı 1-ci baş yolunda nümayiş etdirilən “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatarda da azyaşlı sərnişinlərə hədiyyələr paylayıblar. Sərnişinlər Yeni il qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.
Budəfəki yeni il şou-proqramının sərnişinlərə daha bir sürprizi Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyevin fokus nömrələri olub. Anar Əliyevin fərqli çıxışları sərnişinlərdə böyük maraq yaradıb.
Tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradıb.
"Gələn görüşlərədək" deyərək Şaxta baba və Qar qız yeni macəralar, sərgüzəştlər ardınca yollanıblar.
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










