Sərnişin təyyarəsi uçuş-eniş zolağından 50 metr kənara çıxıb - FOTO
Gündəm
7 Yanvar 2020 08:53

Göyərtədə 172 sərnişin və 7 ekipaj üzvü olub
Kanadada “WestJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 6-da axşam saatlarında Yeni Şotlandiya əyalətində baş verib. Bu barədə “CTV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Torontodan havalanan “Boeing 737” sərnişin təyyarəsi, Qalifaks hava limanına eniş edən zamanı güclü qar səbəbindən uçuş-eniş zolağından çıxıb və 50 metr irəlilədikdən sonra dayanıb.
Hava gəmisinin göyərtəsində 172 sərnişin və 7 ekipaj üzvü olub. Bildirilir ki, hadisə vaxtı xəsarət alan olmayıb. Təyyarə dayandıqdan sonra sərnişinlər avtobusla aeroporta çatdırılıblar.
Ölkənin Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev

Oxunub : 1086
DİGƏR XƏBƏRLƏR
3 Oktyabr 2026 15:45
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
3 Oktyabr 2026 14:00
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
3 Oktyabr 2026 11:24
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
ŞƏRH YAZ












