“Sığorta şirkətləri camaatı psixoloji basqı altında saxlayırlar” – Mərkəzi Banka müraciət

“Çox sayda zənglər olur. İnsanlar qorxu və çaşqınlıq içindədir. Söhbət evlərin məcburi sığortasından gedir”.
Bu barədə Modern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, bu qərarın vətəndaşların Konstitusiya hüququnu pozmasını və cərimə mexaizminin işləməyəcəyini əvvəlcədən qeyd etdiyini xatırladıb:
“Ancaq buna rəğmən qanun mülkiyyətçi qarşısında öhdəlik qoyub ki, evini mütləq sığortamalıdır, əks halda cərimə olunacaq. Proseslərdən məlumatsız insanlar nə edəcəklərini bilmirlər. Sığorta şirkətləri camaatı psixoloji basqı altında saxlayırlar. Biz əlbəttə evlərin sığortasının məsləhət olduğunu bildiririk, ancaq bunun könüllü olmasını da qeyd edirik”.
İqtisadçı deyib ki, Mərkəzi Bank bu məsələyə təcili müdaxilə etməlidir:
“Sığorta şirkətlərini fəaliyyəti artıq bu quruma tapşırılıb. Yeni parlament fəaliyyətə başlayana qədər proses dondurulmalıdır. Daha sonra daşınmaz əmlakın sığortasının icrabiliyi aradan qaldırılmalıdır”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












