Silahlı sürücü patrul xidmətinin əməkdaşına atəş açıb

Kanadada naməlum şəxs yol patrul xidmətinin əməkdaşına atəş açıb. Avtosfer.az xəbər verir ki, insident Toronto şəhərində qeydə alınıb. Bu barədə dekabrın 27-də “CTV” telekanalı məlumat yayıb.
Məlumata görə, yol patrul xidmətinin əməkdaşı yoxlama aparmaq üçün avtomobili saxlayıb.
Avtomobili saxlayan naməlum şəxs üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşına atəş açıb. Bunun ardınca da asayiş keşikçisi tabel silahından ona cavab verib. Lakin, şübhəli hadisə yerindən qaça bilib.
Bildirilir ki, hadisə nəticəsində polis əməkdaşı xəsarət almayıb.
Hazırda polis şübhəlinin gizləndiyi evin yerini aşkarlayıb. Onun saxlanılması istiqamətində işlər aparılır.
Hüquq mühafizəçiləri əməliyyat tədbirləri üçün qonşuluqda yaşayan sakinləri təxliyə edib, yolları nəqliyyatın hərəkətinə bağlayıb.
Namiq Musayev
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












