SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb — FOTOLAR

Ukraynanın paytaxtı Kiyev şəhəri ən çətin günlərini yaşayır. Bir tərəfdən Rusiya ordusunun enerji infrastrukturlarına endirdiyi hava zərbələri, digər tərəfdən qışın sərt keçməsi Kiyevdə fövqəladə vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, bu çətin gündə SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində insanlar üçün xüsusi sığınacaqlar yaradılıb. Bura gələn vətəndaşlar pulsuz isti çay və sudan, istiləşmə zonalarından, internetdən, mobil telefonlar və notbukların enerji ilə təchizatından istifadə edə bilərlər.
Qayda pozan sürücü qəzaya düşən maşında asfalta düşdü - Film kimi qəza - VİDEO
SOCAR-ın əməkdaşı Marina Truşkina açıqlamasında bildirib ki, Ukraynanın çətin günlərində Azərbaycanın Ukraynaya humanitar yardımının dəyəri 45 milyon dollara yaxındır. Ötən həftə Azərbaycan 1 milyon dollar dəyərində generatorların göndərilməsi də daxil olmaqla daha bir yardım paketi təqdim edib. Dövlət yardımından əlavə, SOCAR şəbəkəsi də humanitar aksiyalarda fəal iştirak edir. Şirkətin Ukraynadakı bütün obyektləri artıq rəsmi olaraq təhlükəsizlik obyektləri kimi fəaliyyət göstərir. SOCAR Ukraynanın digər bölgələrindən də oxşar sorğular daxil olarsa, yanacaqdoldurma məntəqələrində sığınacaq xidmətlərini genişləndirəcək. Sığınacaqlarda olan Ukrayna vətəndaşları isə öz təəssüratlarını AZƏRTAC-a açıqlayıblar.
Mixail Vasin bildirib ki, Azərbaycan Ukraynaya dost münasibət göstərir:
“SOCAR-ın da Azərbaycan şirkəti olduğunu bilirik və onların çox mehriban kollektivi var. Bu çətin gündə Azərbaycan dövləti Ukraynaya öz dəstəyini əsirgəmir. Buna görə öz təşəkkürümü bildirirəm”.
Anastasiya Romanova isə deyib ki, artıq illərdir SOCAR-ın yanacaqdoldurma məntəqələrindən istifadə edir:
“Bu ağır gündə SOCAR-ın həyata keçirdiyi sosial layihələr təqdirəlayiqdir. Sərt qış aylarında və enerji sahəsində yaranan fövqəladə vəziyyətdə SOCAR-ın yanacaqdoldurma məntəqələrində yaradılan sığınacaqlar olduqca vacib təşəbbüsdür. İnsanlara göstərdiyi bu cür mərhəmətə görə SOCAR-a, ümumilikdə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Kiyev şəhərində yanvarın əvvəlindən enerji böhranına görə fövqəladə vəziyyət tətbiq edilir. Ukrayna paytaxtının sıx yaşayış məntəqələrində xüsusi sığınacaqlar da fəaliyyət göstərir.




Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












