"SOCAR külək parkları üçün avadanlıq istehsalının bir hissəsini lokallaşdırmağı planlaşdırır" - Əfqan İsayev

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə külək parkları üçün avadanlıq istehsalının bir hissəsini lokallaşdırmağı planlaşdırır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews"a müsahibəsində bildirib.
O vurğulayıb ki, 2035-ci ilə qədər SOCAR milli enerji şirkətinə çevriləcək.
"Sizin də doğru qeyd etdiyiniz kimi, SOCAR karbohidrogen şirkəti deyil, balanslaşdırılmış portfelə malik şirkət olacaq. Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafında üzləşdiyimiz əsas problemlərdən biri enerji şəbəkəsinin dəyişkən mənbələrdən enerji qəbul etmək qabiliyyətinin məhdud olmasıdır. Məhz buna görə də bizə əlavə balanslaşdırıcı güclər, məsələn, buxar-qaz qurğuları, batareyalarda enerji saxlama həlləri və ya onların kombinasiyası lazımdır", - vitse-prezident bildirib.
Onun sözlərinə görə, ikinci çağırış açıq dənizə çıxışın olmamasıdır.
"Külək parkları üçün lazım olan bəzi avadanlıq növləri, məsələn, 92-94 metr uzunluğunda olan pərləri buraya gətirmək son dərəcə çətindir. Əlbəttə, ümid edirik ki, gələcəkdə istehsalın ayrı-ayrı növlərini lokallaşdıra biləcəyik", - Ə.İsayev vurğulayıb.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, infrastrukturun və avadanlığın bir hissəsi sovet dövründən qalıb.
"Buna görə də üçüncü çağırış əsas fəaliyyət növlərinin dekarbonizasiyasıdır. İstehsal proseslərimizin modernləşdirilməsi və rəqəmsallaşma böyük investisiyalar tələb edir", - Ə.İsayev əlavə edib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












