SOCAR logistikaya və hava limanının infrastrukturuna investisiya qoymağı planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə olan “SOCAR Türkiyə Enerji” şirkəti və “Nakkaş Holding” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.
Avtosfer.az xəbər verir ki, protokolu “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holding”in İdarə Heyətinin sədri Ramazan Öztürk imzalayıblar.
Sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçen hava limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.
Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən strateji addım kimi qiymətləndirilir.
Tərəflər gələcəkdə bu kimi tərəfdaşlıqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi əlavə dəyər yaradan layihələrin hazırlanması üçün birgə təcrübə və ekspertizadan istifadə etmək niyyətində olduqlarını bildiriblər.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












