ŞOK OLAY - Yol polisinin qovduğu “Mercedes”in qadın sürücüsü polisi vurub qaçdı

Rusiyanın Sankt-Peterburq şəhərində polisin təqib etdiyi avtomobilin sükanı arxasına keçən qadın Yol Patrul Xidmətinin (YPX) inspektorunu vuraraq gizlənməyə çalışıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 8-də gecə saatlarında Tipanov küçəsində baş verib. Bu barədə şəhər Dövlət Yol Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşları qayda pozan avtomobili izləyərkən, “Mercedes” markalı maşını idarə edən kişi sürücü, sərnişin kreslosunda əyləşən qadınla yerini dəyişib və sükanı qadın idarə etməyə başlayıb. Polis əməkdaşları birinci dəfə maşının qarşısını Tipanov küçəsi ev 7-nin yanında kəsiblər və o avtomobillə inspektoru vuraraq qaçıb. Asayiş keşikçiləri avtomobili eyni küçədə, bu dəfə ev 3-ün önündə mühasirəyə alıblar.
Bundan sonra YPX-nin əməkdaşı maşına yaxınlaşaraq, şüşəsi aşağı endirilmiş pəncərədən qapını açmaq istəyib. Ancaq sürücü şüşəni qaldırıb, inspektorun qolu şüşə ilə qapının dəmiri arasında sıxılıb və qadın yenidən qaçmağa cəhd göstərib. Lakin şüşə qırıldığından polis əməkdaşı qapını açaraq maşını saxlamağa müvəffəq olub. Avtomobildə olan kişi və qadın polislərin nəzarətində bölməyə gətirilib.
Yol polisindən bildirilib ki, polisin qanuni tələblərinə məhəl qoymadığına, qəza yerini tərk etdiyinə və sığortasız avtomobil sürdüyünə görə qadın sürücüyə üç inzibati protokol tərtib edilib, onun barəsində cinayət işinin açılması məsələsi də həll edilir.
Avtomobili əvvəlcə idarə edən kişi sürücüyə gəldikdə isə, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi, polisin qanuni tələblərinə məhəl qoymadığı üçün ona da iki inzibati protokol tərtib edilib.
Namiq Musayev
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










