Stüardessa hava axınına düşərək ayağını yeddi yerindən qırıb - FOTO

Stüardessa hava axınına düşərək ayağını yeddi yerindən qırıb. Avtosfer.az xəbər verir ki, hadisə keçən ilin avqust ayında baş versə də, bu barədə yanvarın 5-də “The Sun" portalı məlumat yayıb.
Məlumata görə, 27 yaşlı İden Qarriti göyərtədə sərnişinlərə təkərli arabada yemək paylayan zaman təyyarə qəfildən 155 metr hündürlükdə güclü hava axınına düşüb. Ardınca qız döşəməyə yıxılaraq ayağından ciddi xəsarətlər alıb. Bundan sonra Kuba reysi ilə uçuş həyata keçirən “Thomas Cook” aviaşirkətinin ekipaj üzvləri hava gəmisini Mançester aeroportuna endirməyə məcbur olublar. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər stüardessanın ayağının yeddi yerindən qırıldığını bildiriblər və üzərində cərrahiyə əməliyyat apararaq metal millər qoyublar.
27 yaşlı qız hadisədən sonra 2 ay yeriyə bilməyib.
Namiq Musayev





İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












