Sürüşmədən sonra Badamdar yolu bu hala düşdü - FOTO

Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: “Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.
O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: “Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”.
Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: “Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.








Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












