Taksi fəaliyyətində “Prius”ların yerini hansı avtomobillər tutacaq? – MÜHÜM AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı verilən yeni qərardan sonra tələblərə cavab verməyən avtomobillərin kütləvi şəkildə satışa çıxarıldığı bildirilib. Sosial şəbəkələrdə yayılan məlumata görə həmin avtomobillərin qiymətləri də kəskin enib. Söhbət son zamanlar taksi fəaliyyətində daha çox istifadə olunan “Toyota Prius”lardan gedir.
Maraqlıdır, hazırda taksi fəaliyyəti üçün ən çox hansı avtomobilə tələbat və maraq var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu məlumatlar bir ajiotajdır: “Bütün dünyada taksi fəaliyyəti üçün daha çox qənaətcil və komfortlu nəqliyyat vasitələrindən istifadə olunmasına çalışılır. Qaydalara görə, ölkəmizdə taksi fəaliyyətində istifadə olunan avtomobillər B seqmentində olmalıdır. A seqmentində olan, yəni çox kiçik mühərrikli avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz.
Əsasən, bizim ölkədə həm fərdi qaydada, həm də sahibkarlar mühərrik həcmi 1500 kub santimetr civarında olan avtomobillərə üstünlük verirlər.
Bu avtomobillərin bir qismi dizel yanacaqlı, bir qismi isə hibrid avtomobillərdir ki, onlar həm benzinlə, həm də elektrik mühərriki ilə çalışırlar.
“Prius” avtomobil modelinin qiyməti kəskin enməyib, bu bir ajiotajdır. Yaşı 15-dən çox olan həmin nəqliyyat vasitələri 5-10 faiz civarında ucuz təklif olunub. Yenə də həmin avtomobillərin yerinə elə eyni seqmentdə, eyni mühərrik həcmində olan nəqliyyat vasitələrini alırlar”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












