Taksi qiymətləri yenidən artacaq!

Artıq Azərbaycanda taksilərlə bağlı yeni tələb var. Belə ki, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrindən taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz. Üstəlik, bundan sonra taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır. Bu tələb isə insanlarda ilk növbədə taksi qiymətlərinin artıb-artmayacağı ilə bağlı sual doğurur.
Bəs görəsən, bundan sonra taksi qiymətləri arta bilərmi? Əgər artım olacaqsa, bu məbləğ hansı aralıqda olacaq?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Yenisabah.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin sözügedən qərarının müsbət tərəfləri çoxdur:
“Nazirlər Kabinetinin bu qərarının həm müsbət, həm də mənfi tərəfləri var. Bu qərarın bir çox hallarda müsbət, lakin bəzi məqamlarda mənfi təsir göstərmək imkanı olacaq. Yaşı 15-dən yuxarı olan nəqliyyat vasitələrinə işləmək imkanı verilməyəcək. Çox güman ki, bu avtomobillər Bakıdan kənara, əyalətlərə üz tutmağa məcbur olacaq, ya da fərdi istifadəyə veriləcək, bir sözlə, onlar taksi fəaliyyəti ilə məşğul olmayacaq. Bu da artıq şəhərdə nəqliyyat vasitələrinin azalmağına səbəb olacaq. Texniki nöqteyi-nəzərdən sınıq-salxaq, yararsız nəqliyyat vasitələrinin xətdən çıxması da müsbət haldır. Təhlükəsizlik baxımından bu yaxşıdır. Bildiyiniz kimi, yeni qərarla avtomobillərə taksimetr və videoregistratorlar da qoyulacaq. Qərara əsasən, nəqliyyat vasitəsinin içində video görüntünü qeyd edən cihaz olacaq. Bu zaman həmin şəxsin adı, soyadı, şəkli və taksi fəaliyyətini təsdiq edən sənədi qeydə alınacaq. Bunlar hamısı müsbət haldır”.
Ekspert bu qərarla taksi qiymətlərində artım olacağını da istisna etməyib:
“Bu qərarla çox güman ki, qiymət artımı da müşahidə olunacaq. Bu qaçılmazdır. Yalnız ümid edə bilərik ki, bu artım yüksək olmasın”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












