Taksi sürcüsünə qarşı quldurluq edən qadının apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Aysel Məmmədova barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Məmmədovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, Bakı şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç şəxs özünün idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib. Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək 1 ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsindəki evinin və mənzildəki seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və A.Məmədova saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həşimov və E.Kazımov 12 il, A.Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












