Türyançay üzərindəki avtomobil körpüsündə dəliklər əmələ gəlib - FOTO

Son günlər Azərbaycanın şimal-qərb bölgəsində yağan güclü yağışlardan sonra Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz və Qəbələ rayonları istiqamətində salınan körpüdə aşınmalar əmələ gəlib.
"Report" xəbər verir ki, söhbət Türyançay çayı üzərindəki körpüdən gedir.
Aşınma körpünün hər iki tərəfində olub. Belə ki, körpünün kənarlarında dəliklər yaranıb.
Sürücülər körpünün qəzalı vəziyyətə düşə biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, əgər güclü yağışlar olarsa, körpüdə yaranan dəliklər böyüyə bilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, körpüdə yaranan dəliklərlə bağlı narahatlığa əsas yoxdur.
"Qeyd edim ki, sözügedən əraziyə baxış keçirilib. Körpünün dayanıqlılığına, konstruksiyasına zərər vura biləcək bir nöqsan aşkarlanmayıb. Vətəndaşlarımız rahat şəkildə həmin körpüdən istifadə edə bilərlər. Ümumiyyətlə, qeyd edim ki, körpülərə, yollara mütəmadi olaraq baxış keçirilir, hər hansı bir problem aşkarlandıqda dərhal aradan qaldırılması istiqamətində addımlar atılır", - o vurğulayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI



















