Uğurlarımıza yeni töhfə

Dünyanın bir çox ölkələrinin daxili işlər nazilrliklərinin ali təhsil müəssisələri, polis akademiyaları ilə qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetirən DİN Polis Akademiyasının təşəbbüsü ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri ilə də bu istiqamətdə protokollar imzalanmışdır.
Bu günlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Dillər Universiteti ilə birgə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbirdə polis general-mayoru Nazim Əliyev sentyabrın 30-da təhsil və elm sahələri üzrə qarışılıqlı fəaliyyət haqqında Protokolun imzalandığını xatırladıb, iki ali təhsil ocağı arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib.
Akademiya rəisi rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında geniş məlumat verib, kursantların dil bilgisinin zəruriliyinə diqqət çəkib:
“Azərbaycan beynəlxalq miqyaslı nüfuzlu tədbirlərin mərkəzinə çevrilib. Polis xarici vətəndaşlarla təmasda olduğuna görə onun xarici dil bilməsi vacib şərtlərdəndir. Ona görə də biz 2012-ci ildən başlayaraq qarşımıza məqsəd qoyduq ki, akademiyanı bitirən gənclər ingilis dilində sərbəst danışıb, xarici vətəndaşın dediyini başa düşmək imkanına malik olmalıdır. Bu sahədə biz müəyyən tədbirlər gördük, proqramlar tətbiq etdik. Azərbaycanın ən böyük dil ocağı Dillər Universitetidir. Ona görə də biz universitetin rektoru, akademik Kamal Abdullaya müraciət etdik, arzularımızı bildirdik ki, bu sahədə sizinlə əməkdaşlıq etmək istəyirik. Kamal müəllim çox sağ olsun ki, səsimizə səs verdi, biz onların qonağı olduq, əməkdaşlığımızı rəsmiləşdirdik, gələcək əməkdaşlığın strategiyasını müəyyən etdik. Həmin strategiyanın davamı olaraq, universitetin kollektivi bu gün bizim qonağımızdır”.
Xalq yazıçısı Kamal Abdulla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, kursantlara və zabit heyətinə işlərində uğurlar arzu edib.
Rektor Polis Akademiyasında qonaq olmaqdan məmnun olduğunu bildirib, əsası qoyulan əməkdaşlığın faydasından və əhəmiyyətindən danışaraq Azərbaycan Dillər Universitetində həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında məlumat verib, xarici dil bilgilərinin inkişafı, birgə konfranslarda iştirak, tədris vəsaitlərinin tərcüməsi və başqa məsələlərə toxunub. Kamal Abdulla Polis Akademiyasının maddi-texniki bazası, tədrisdə qazandığı uğurlarla bağlı yüksək fikirlərini bölüşüb:
“Polis Akademiyası ilə böyük məmnuniyyətlə tanış olduq. Hər bir ali məktəbin yaxşı mənada qibtə ilə baxa biləcəyi belə bir akademiyanı yaratdığına görə ölkəmizin rəhbərliyinə, Daxili İşlər Nazirliyinə, sizə minnətdarlığımızı bildiririk. Gənc kursantlar bizim gələcəyimizdir. Onlar bu şəraitdə formalaşırlarsa, deməli, bizim övladlarımızın gələcəyi etibarlı nəzarət altında olacaq”.
Akademik Kamal Abdulla əlavə edib ki, ADU və Polis Akademiyası arasında imzalanan razılığa əsasən universitetin professor-müəllim heyəti, tələbə, magistr və doktorantları Polis Akademiyasının tədris prosesində iştirak edəcək, birgə layihələrə öz töhfələrini verəcəklər.
Tədbirdə ADU-nun Tələbə Həmkarlar Komitəsinin sədri Şahin Sərdarlı və Polis Akademiyasının kursantı Nurlan Mirzəyev məruzə ilə çıxış ediblər.
Daha sonra konsert proqramı təqdim olunub. ADU-nun əməkdaş və tələbələri – Yaqub Cavadov, Arzu Məmmədova, Murad Əliyev, Şahverən Babayev, Samirə Babayeva böyük maraqla qarşılanan musiqili proqramla çıxış ediblər.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












