Vilayət Eyvazov bayram ərəfəsində əsgər və zabitlərlə görüşüb - FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində - dekabrın 29-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə qarşılanma mərasimlərindən sonra nazir hərbi hissələrin qərargahlarında “Şərəf kitabı”nı imzalayıb, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun və hərbi hissə komandirlərinin müşayiəti ilə əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, maddi-texniki və ərzaq təminatı ilə maraqlanıb, tədris, silah otaqlarına, avtomobil və zirehli texnika parkına, tibb məntəqələrinə və yeməkxanalarına baxış keçirib.
Hərbi hissələrin sıra meydanlarında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən general-polkovnik V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib. O, möhtərəm dövlət başçımızın ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb, Qoşunların bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, əmin olduğunu bildirib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək, qarşıya qoyulan bütün vəzifələri layiqiqncə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.
Tədbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
Gültən Qədirli
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO












