“Volkswagen” elektrikli avtomobil istehsalı ilə bağlı yeni planlarını açıqlayıb

Alman avtomobil istehsalçısı “Volkswagen” 1 milyon elektrikli maşın istehsal etmək məqsədinə iki il tez, 2023-cü ildə çatacağını açıqlayıb. 2025-ci ilə qədər isə elektrikli maşınların sayını 1,5 milyona çatdıracağını açıqlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, alman avtomobil istehsalçısı keçən il 50 min, bu il isə 70 min elektrikli avtomobil istehsal edib.
Məlumata görə, “Volkswagen” yeni “ID.3” modelləri ilə istehsal gücünü və satışını artırmağı planlaşdırır. Yeni nəqliyyat vasitəsində istifadə edilən batareyaların daha ucuz və uzun ömürlü olacağını bildirən şirkət elektrikli nəqliyyat vasitələrinin orta gəlirlilər üçün də əlçatan olacağını vurğulayıb.
Qeyd edək ki, ”ID.3” modelinin qiyməti 30 min avrodan az olacaq və bir dəfəyə 330-500 km məsafə qət edə biləcək.
Xatırladaq ki, bu ilin sentyabr ayında Frankfurt avtosalonunda təqdim olunan “ID.3” modellərinin tədarükünə gələn ildən başlayacaq. Şirkət Almaniyanın şərqindəki “Zvickau” zavodunun ildə 330 min nəqliyyat vasitəsi istehsal edə biləcəyini açıqlayıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












