Xırdalanda binanın damında daha bir mərtəbə tikilir? - Rəsmi AÇIQLAMA - FOTO - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri Məmməd Əmin Rəsulzadə küçəsində istismarda olan çoxmərtəbəli yaşayış binasında yenidən tikinti işləri aparılır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Fotoşəkillərdən göründüyü kimi, 14 mərtəbəli binanın üzərinə daha bir mərtəbə əlavə olunur.
Qeyd edək ki, ötən il də həmin binanın üzərinə əlavə mərtəbə tikilməsiylə bağlı məsələ işıqlandırılmışdı. Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin heç bir razılıq olmadan aparıldığını və artıq söküldüyünü bildirmişdi.
Buna baxmayaraq şirkət bir illik fasilədən sonra yenidən tikintiyə başlayıb. Belə ki, artıq binanın 15-ci mərtəbəsinin karkasları qurulub və beton işlərinə hazırlıq prosesi gedir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Avtosfer.az-a cavab olaraq bildirilib ki, 31 avqust 2023-cü il tarixində heç bir müvafiq icazəverici sənədlər olmadığından sözügedən binada aparılan qanunsuz tikinti işləri dayandırılmışdır. 1 aprel 2024-cü il tarixindən etibarən isə binada görülən işlərlə əlaqədar layihəyə uyğun sənədlər təqdim edilmədiyindən Komitə tərəfindən cəhdin qarşısı yenidən alınıb və aidiyyəti qurumlarla birlikdə söküntü işlərinə başlanılıb.
Məsələylə bağlı Abşeron rayon İcra Hakimiyyətindən də Avtosfer.az-a açıqlama verilib. Bildirilib ki, qanunvericiliyə uyğun olaraq sözügedən binada tikinti işləri dayandırılıb və zəruri tədbirlərin görülməsi üçün aidiyyətı qurumlara müraciətlər edilib. Bundan sonra RİH-in və aidiyyəti qurumların iradını nəzərə alan “Kristal AA” MTK tikinti şirkəti tərəfindən qeyri-qanunu inşa olunan tikinti hissəsi sökülüb
Qeyd edək ki, video söküntü işlərini özündə əks etdirir və paylaşılmış fotoşəkillər prosesdən sonrakı mərhələdə çəkilib.
Nərmin


Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”













