Yeni il gecəsi 220 avtomobil yandırıldı: polis 40 nəfəri həbs etdi - VİDEO

Fransanın Strasburq şəhərində polis yeni il gecəsində kütləvi yanğın törətməkdə şübhəli bilinən 40 nəfəri həbs edib. Avtosfer.az xəbər verir ki, yanğınla 220 avtomobil məhv edilib. Bu barədə yanvarın 1-də “Dernieres Nouvelles d'Alsace” nəşri yazıb.
Şəhərin təhlükəsizlik üzrə nümayəndəsi Rober Erman söyləyib: “Bizdə illərdir ki, belə hadisələr yoxdur. Mən heç vaxt görməmişəm ki, kimsə belə eləsin. Evlərin pəncərəsinin qarşısında park edilmiş maşınlar yandırılıb. Strasburqun demək olar bütün küçələrində yanğınlar törədilib”.
Nəşrin məlumatına görə, sosial şəbəkə istifadəçiləri gecə yanğınlarının görüntülərini çəkərək kadrları öz hesablarından yayımlayıblar.
İğtişaşların yatırılması praktiki olaraq səhərə kimi davam etdirilib, bir neçə asayiş keşikçisi xəsarət alıb.
Bildirilir ki, yandırılan avtomobildə baş verən partlayış zamanı azı 1 nəfər yaralanıb.
Analoji hadisələr Myüluz, Myütçiq, Oberne, barre və Selestate şəhərlərində də qeydə alınıb.
Namiq Musayev


Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










