Yeni il gecəsi naməlum şəxslər 220 avtomobili yandırıb

Strasburq polisi Yeni il gecəsində şəhərin qərb ərazisində kütləvi yanğınlarda şübhəli bilinən 40 nəfəri saxlayıb. "Report"un məlumatına görə, bu barədə "Dernieres Nouvelles d'Alsace" qəzeti bildirib.
İlkin məlumata görə, şəhərdə 220 avtomobil yandırılıb.
"Bizim şəhərdə uzun illərdir heç vaxt belə vəziyyət yaranmamışdı", - deyə Strasburq merinin təhlükəsizlik məsələləri üzrə müavini Rober Erman etiraf edib: "Mən heç vaxt görmədim ki, belə etsinlər: maşınları evlərin pəncərələrinin altındakı avtodayanacaqlarda yandırırdılar. (Küçə iğtişaşları) Strasburqun bütün yaşayış məntəqələrində baş verib".
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri gecə çevrilmiş və düz küçənin ortasında yandırılan avtomobillərin videogörüntülərini paylaşıblar. Qəzet qeyd edir ki, hərçənd Aşağı Reyn departamenti prefekturasında məhv edilmiş maşınların dəqiq sayı açıqlanmayıb. Bu səbəbdən də vəziyyətin daha pis olduğunu demək olar.
Səhərə qədər davam edən qarışıqlıqların yatırılmasının gedişatında hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yaralanıb. Həmçinin yanmış avtomobilin partlayışı zamanı azı bir nəfərin xəsarət aldığı bildirilir.
Analoji hadisələr Myuluz, Myutsiq, Oberne, Barraya və Selestate şəhərlərində də baş verib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











