Zakir Həsənov döyüş hazırlığını yoxladı - FOTO

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub. Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.
2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.
Fərid




İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











