Bakıda ahıl ər-arvad qətlə yetirildi - 29 yaşlı gənc saxlanıldı

Hadisə 25 May 2026 14:11
Bakıda ahıl ər-arvad qətlə yetirildi - 29 yaşlı gənc saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Bakıda ər-arvad qətlə yetirilib.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb.

Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb.

Fakt araşdırılır.

İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh